ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycan XİN başçısı ilə görüşüb

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycan XİN başçısı ilə görüşüb Tərəflər görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər
Xarici siyasət
30 İyun , 2016 15:00
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycan XİN başçısı ilə görüşüb

Bakı. 30 iyun. REPORT.AZ/ Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov arasında təkbətək görüş keçirilib.

"Report" xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və Almaniya arasında əlaqələrin inkişaf perspektivlərini, iqtisadi məsələləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.

Xatırladaq ki, Frank-Valter Ştaynmayer Cənubi Qafqaza səfər çərçivəsində iyunun 29-da Ermənistana səfər edib. Azərbaycana səfərdən sonra Almaniya XİN başçısı Gürcüstana yollanacaq.

Son xəbərlər

Orphus sistemi