​ATƏT-in DTİHB Azərbaycanda keçiriləcək seçkilərə 380 müşahidəçi göndərəcək

​ATƏT-in DTİHB Azərbaycanda keçiriləcək seçkilərə 380 müşahidəçi göndərəcək DTİHB Azərbaycan tərəfinin rəsmi dəvəti əsasında seçkilərə müşahidəçi missiyası göndərəcək
Xarici siyasət
1 Sentyabr , 2015 14:47
​ATƏT-in DTİHB Azərbaycanda keçiriləcək seçkilərə 380 müşahidəçi göndərəcək

Bakı. 1 sentyabr. REPORT.AZ/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək parlament seçkilərinə 380 müşahidəçi göndərəcək. "Report" ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, ATƏT-in DTİHB-i seçkilərə öz müşahidəçi missiyasını Azərbaycan tərəfinin rəsmi dəvəti əsasında göndərəcək.

Missiyanın tərkibinə 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi daxil olacağı gözlənilir.

Xatırladaq ki, noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi