ATƏT-də Azərbaycanın işğal olunan ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə bağlı məsələ qaldırılıb

ATƏT-də Azərbaycanın işğal olunan ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə bağlı məsələ qaldırılıb Azərbaycanın daimi nümayəndəliyi ATƏT ölkələrini Dağlıq Qarabağda istehsal olunan məhsulun satışına qadağa qoymağa çağırıb
Xarici siyasət
24 Aprel , 2015 17:42
ATƏT-də Azərbaycanın işğal olunan ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə bağlı məsələ qaldırılıb

Bakı. 24 aprel. REPORT.AZ/ ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında Azərbaycanın işğal olunan ərazilərində qanunsuz iqtisadi fəaliyyət haqqında məsələ qaldırılıb.

"Report" xəbər verir ki, Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliynin yaydığı məlumatda belə deyilir.    

Nümayəndəlik Azərbaycanın işğal olunan ərazisi Dağlıq Qarabağda bir sıra şirkətlərin qanunsuz fəaliyyət göstərməsi faktını ATƏT-in diqqətinə çatdırıb: "Azərbaycanın müvafiq hökumət orqanları işğal olunan ərazilərdə qanunsuz fəaliyyətlə məşğul olan şirkətlərin siyahısını hazırlayıb və bu sahədə beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyinə uyğun olaraq hüquqi və inzibati tədbirlərin görülməsini vacib hesab edir". 

Qeyd olunub ki, belə qanunsuz fəaliyyət Ermənistan hökuməti tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında status-kvonun davam etməsi üçün həyata keçirilir və öz evlərinə qayıda bilməyən yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını pozur.

Azərbaycan tərəfi  ATƏT-dən buna diqqət yetirməsini, ATƏT-ə üzv dövlətlərin vətəndaşlarını və şirkətlərini Dağlıq Qarabağ regionu və ya Azərbaycanın digər işğal olunmuş əraziləri ilə bağlı istənilən əməliyyatın və ya əməkdaşlığın beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi baxımından qanunsuz olduğuna dair xəbərdar etməyi istəyib.  

Bundan başqa, nümayəndəlik həmçinin ATƏT ölkələrini Dağlıq Qarabağda və ya Azərbaycanın digər işğal olunmuş ərazilərində istehsal olunan istənilən məhsulun idxalı-ixracı və ya satışına yol verməməyə çağırıb.  

Son xəbərlər

Orphus sistemi