​Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb

​Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb Görüşdə tərəflər arasında beynəlxalq və regional xarakterli məsələlər ətrafında müzakirələr aparılacaq
Xarici siyasət
29 Yanvar , 2015 13:40
​Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Rəşid Meredov arasında üçtərəfli görüş başlayıb.

"Report" Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, üçtərəfli görüş başlamazdan əvvəl nazirlər ikitərəfli görüşlər keçirib.

Görüşdə tərəflər arasında beynəlxalq və regional xarakterli məsələlər ətrafında müzakirələr aparılacaq. Burada əsas məsələ kimi energetika sahəsindəki əməkdaşlıq perspektivləri də müzakirə obyekti olacaq.

Qeyd edək ki, bu formatda ilk görüş ötən il mayın 26-da Bakıda baş tutmuşdu. 

Son xəbərlər

Orphus sistemi