AŞPA nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb

AŞPA nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb Səfərin məqsədi seçkiöncəsi vəziyyətin öyrənilməsidir
Xarici siyasət
21 Sentyabr , 2015 10:08
AŞPA nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. "Report" xəbər verir ki, deputat Jordi Huklanın başçılıq etdiyi nümayəndə heyətinə beş nəfər daxildir. 

Səfərin məqsədi noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərindən əvvəl seçkiqabağı kampaniyanın aparılması şəraitini və seçkiöncəsi vəziyyətin öyrənilməsidir.

AŞPA nümayəndə heyəti sentyabrın 21-22-də Milli Məclisin sədri Oqtay Əsədovla, parlamentdə təmsil olunan siyasi partiya liderləri, eləcə də müxalifət partiyalarının rəhbərləri ilə görüşlər keçirəcək. Həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, QHT və KİV nümayəndələri ilə görüşlər də planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi