AŞPA-nın Azərbaycan üzrə ikinci həmməruzəçisinin səlahiyyət müddəti yayda bitir

AŞPA-nın Azərbaycan üzrə ikinci həmməruzəçisinin səlahiyyət müddəti yayda bitir Yeni həmməruzəçi AŞPA-nın yay sessiyası zamanı təyin olunacaq
Xarici siyasət
4 Fevral , 2015 11:25
AŞPA-nın Azərbaycan üzrə ikinci həmməruzəçisinin səlahiyyət müddəti yayda bitir

Bakı. 4 fevral. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə Monitorinq Komitəsinin ikinci həmməruzəçisi Pedro Aqramuntanın səlahiyyət müddəti 2015-ci il iyunun 24-də bitir. Bu barədə "Report"a AŞPA-nın mətbuat xidmətindən bildiriblər. 

Azərbaycan üzrə yeni həmməruzəçinin iyunun 22-26-da Strasburqda keçiriləcək AŞPA-nın yay sessiyası zamanı təyin olunacağı gözlənilir. 

Xatırladaq ki, AŞPA-nın qış sessiyasında polşalı deputat Tadeuş İvinski AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi təyin edilib. Bu vəzifədə  o, Cozef Debono Qrexi (Malta) əvəz edib. 

Son xəbərlər

Orphus sistemi