AŞPA müşahidə missiyasının rəhbəri: "1-2 aydan sonra referendumun müşahidəsi üzrə yekun hesabatımızı təqdim edəcəyik"

AŞPA müşahidə missiyasının rəhbəri: "1-2 aydan sonra referendumun müşahidəsi üzrə yekun hesabatımızı təqdim edəcəyik" "İlkin təəssüratlarımızı sabah mətbuat konfransında bölüşəcəyik"
Xarici siyasət
26 Sentyabr , 2016 13:20
AŞPA müşahidə missiyasının rəhbəri: 1-2 aydan sonra referendumun müşahidəsi üzrə yekun hesabatımızı təqdim edəcəyik

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Monitorinq çərçivəsində mümkün qədər çox məntəqədə olmağa çalışırıq".

"Report" xəbər verir ki, bunu bu gün Azərbaycanda keçirilən ümumxalq səsverməsinin (referendumun) monitorinqi ilə məşğul olan AŞPA müşahidə missiyasının rəhbəri, makedoniyalı parlamentari Aleksandr Nikoloski jurnalistlərə açıqlamasında deyib.

O, Bakıya referendumu monitorinq etmək üçün 7 nəfərlik nümayəndə heyəti ilə gəldiyini qeyd edib.

A.Nikoloski referendumdan ilkin təəssüratlarını bölüşməkdən imtina edərək hər şey barədə sabah keçirəcəkləri mətbuat konfransında məlumat verəcəklərini vurğulayıb: "1-2 aydan sonra isə referendumun müşahidəsi üzrə yekun hesabatımızı təqdim edəcəyik".

Qeyd edək ki, saat 13:00-a olan məlumata görə, A.Nikoloski 29 saylı Səbail seçki dairəsinin 4 və 5 saylı seçki məntəqələrində olub.

Son xəbərlər

Orphus sistemi