Bakı. 26 sentyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsvermənin (referendumun) monitorinqinə başlayıb.
"Report" xəbər verir ki, referendumun gedişatı ilə ilk olaraq, müşahidə missiyasının üzvlərindən olan AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Ştefan Şennax maraqlanıb.
O, Bakının 29 saylı Səbail seçki dairəsinin 4 saylı seçki məntəqəsində olub və səsvermənin gedişi ilə tanış olub.
Qeyd edək ki, AŞPA müşahidə missiyasının tərkibi 7 nəfərdən ibarətdir və onlar bu gün Bakıda və şəhər ətrafında müxtəlif seçki məntəqələrində monitorinq keçirəcəklər.