AŞPA məruzəçisinin Azərbaycana səfəri başlayıb

AŞPA məruzəçisinin Azərbaycana səfəri başlayıb Militsa Markoviç "Qəsdən sudan məhrum edilən Azərbaycanın sərhəd bölgələrinin sakinləri" adlı məruzə hazırlayır
Xarici siyasət
24 Avqust , 2015 12:56
AŞPA məruzəçisinin Azərbaycana səfəri başlayıb

Bakı. 24 avqust. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi Militsa Markoviçin Azərbaycana səfəri başlayıb.

"Report"un məlumatına görə, səfərin məqsədi "Qəsdən sudan məhrum edilən Azərbaycanın sərhəd bölgələrinin sakinləri" adlı məruzənin hazırlanmasıdır.

Bosniya və herseqovinalı deputat M.Markoviç səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri, ekologiya və təbii sərvətlər naziri, eləcə də kənd təsərrüfatı naziri ilə görüşlər keçirəcək və ölkənin sərhəd rayonlarına baş çəkəcək.

Həmçinin məruzəçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Dövlət Su Ehtiyatları Agentliyi, Dünya Bankı və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Bundan başqa, M.Markoviç Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarının yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşəcək. 

Səfər avqustun 27-də başa çatacaq.

Xatırladaq ki, M.Markoviç 2014-cü ilin dekabr ayında da Azərbaycana səfər edib. 

Son xəbərlər

Orphus sistemi