AŞPA məruzəçisi Sahibə Qafarova Almaniya hökumətini Köln hadisələrinin günahkarlarını məsuliyyətə cəlb etməyə çağırıb

AŞPA məruzəçisi Sahibə Qafarova Almaniya hökumətini Köln hadisələrinin günahkarlarını məsuliyyətə cəlb etməyə çağırıb "Qadın hüquqlarının bu cür pozulması cəzasız qalmamalıdır"
Xarici siyasət
11 Yanvar , 2016 16:13
AŞPA məruzəçisi Sahibə Qafarova Almaniya hökumətini Köln hadisələrinin günahkarlarını məsuliyyətə cəlb etməyə çağırıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qadınlara qarşı zorakılıqla mübarizə üzrə məruzəçisi, Milli Məclisin deputatı Sahibə Qafarova Yeni il gecəsi Almaniyanın Köln şəhərində qadınlara qarşı həyata keçirilən kütləvi hücumları qətiyyətlə pisləyib.

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, S.Qafarova Almaniya hökumətini Köln hadisələrinin günahkarlarını məsuliyyətə cəlb etməyə çağırıb.

"Qadın hüquqlarının bu cür pozulması ilə barışmaq olmaz, bu, cəzasız qalmamalıdır. Bütün qadınlar zorakılıqdan qorunmalıdır", - deyə məruzəçi bildirib.

Köln polisinin məlumatına görə, təcavüz və qarət etmə şikayəti ilə 500-ə yaxın qadın onlara müraciət edib. Zərərçəkmişlər təcavüzkarların çoxunun Yaxın Şərq və Şimali Afrika mənşəli olduğunu iddia edir.

Son xəbərlər

Orphus sistemi