AŞPA məruzəçisi Azərbaycana səfər edəcək

AŞPA məruzəçisi Azərbaycana səfər edəcək O, AŞPA-nın hüquqi məsələlər və insan haqları komitəsi üçün məruzə hazırlayacaq
Xarici siyasət
2 Aprel , 2015 17:23
AŞPA məruzəçisi Azərbaycana səfər edəcək

Bakı. 2 aprel. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi Pedro Aqramunt aprelin 8-9-da Azərbaycana səfər edəcək. 

"Report" AŞPA mətbuat xidmətinə istinadən xəbər verir ki, P.Aqramunt səfər zamanı Azərbaycanın ədliyyə naziri, baş prokuror və Ali Məhkəmənin sədri ilə görüşlər keçirəcək.

P.Aqramuntun səfərinin məqsədi AŞPA-nın Hüquqi məsələlər və insan haqları komitəsi üçün məruzənin hazırlanmasıdır. 

Xatırladaq ki, P.Aqramunt mart ayında öz polşalı həmkarı Tadeuş İvinski ilə birgə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi qismində Bakıya səfər edib. 

Son xəbərlər

Orphus sistemi