AŞ Venesiya Komissiyası Azərbaycanın QHT qanunvericiliyinə edilmiş dəyişikliklə bağlı rəyini açıqlayacaq

AŞ Venesiya Komissiyası Azərbaycanın QHT qanunvericiliyinə edilmiş dəyişikliklə bağlı rəyini açıqlayacaq Rəy layihəsi VK plenar sessiyasının gündəliyinə daxil edilib
Xarici siyasət
3 Dekabr , 2014 11:23
AŞ Venesiya Komissiyası Azərbaycanın QHT qanunvericiliyinə edilmiş dəyişikliklə bağlı rəyini açıqlayacaq

Bakı. 3 dekabr. REPORT.AZ/ Avropa Şurası Venesiya Komissiyası (AŞ VK) dekabr ayının 12-də Azərbaycanın QHT haqqında qanunvericiliyinə edilmiş dəyişikliklə bağlı rəyini açıqlayacaq. VK mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, müvafiq layihə Venesiya Komissiyasının dekabrın 12-13-də keçiriləcək 101-ci plenar sessiyasının gündəliyinə daxil edilib.

Sessiya zamanı, həmçinin Ukraynanın lüstrasiya haqqında, Gürcüstan, Moldova, Çernoqoriyanın bir sıra qanun layihələrinin qəbul edilməsi nəzərdə tutulub.  

Son xəbərlər

Orphus sistemi