Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri
Görüşdə Azərbaycan və Türkmənistan arasında ikitərəfli və çoxtərəfli əlaqələrə aid olan məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. İki ölkə arasında siyasi dialoqun inkişafı və əməkdaşlıq dairəsinin genişlənməsindən məmnunluq ifadə olunub.
Son illər ərazində Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasının müsbət tendensiya olduğu bildirilib. Qarşılıqlı səylər vasitəsilə iki ölkənin malik olduğu zəngin potensiala uyğun olaraq iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu nəzərdən keçirilib. Hökumətlərarası əməkdaşlıq komissiyasının iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafı üçün mühüm rola malik olduğu qeyd olunub.
Üçtərəfli formatda Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə davamlı əsasda keçirilən bu görüşlərin kəsb etdiyi əhəmiyyət vurğulanıb. Bu formatda olan toplantıların üç ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.