​Ankarada Xocalı soyqırımı müzakirə olunub

​Ankarada Xocalı soyqırımı müzakirə olunub "Türkiyə-Ermənistan sərhədi Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək əsla açıla bilməz və açılmamalıdır"
Xarici siyasət
21 Noyabr , 2014 17:56
​Ankarada Xocalı soyqırımı müzakirə olunub

Son yüz ilin ən dəhşətli və qanlı vəhşiliklərindən biri olaraq qəbul edilən Xocalı faciəsinin beynəlxalq hüquqi baxışla bağlı Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya), Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin, Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı qətliamı müzakirə olunub.

“Report”un xəbərinə görə, tədbirdə TBMM Konstitusiya Komissiyasının sədri, prof. Dr Burhan Kuzu,Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili prof. Dr. Necdet Ünüvar, Türkiyə Parlamentlər Birliyinin sədri Nevzat Pakdil, Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin sədri, millət vəkili, Dr. İsmail Safi, millət vəkili Oktay Ekşi, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, Diaspor Jurnalistləri Birliyinin İdarə Heyətinin üzvü, "BayMedia" saytının redaktoru Elnur Eltürk, Dünya Türk Gəncləri Dostluq və Dayanışma Dərnəyinin sədri Sedat Adakan, Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədr müavini Murad Davudoğlu və başqaları iştirak edib.

“Yüzilliyin dəhşəti: Xocalı soyqırımına beynəlxalq hüquqi baxış” adlı tədbiri giriş sözü ilə açan Doç. Dr Kürşad bu soyqırımın beynəlxalq hüquqi baxımdan önəmini diqqətə çəkib. TOBB Universitetinin dosenti, doç. Dr Toğrul İsmayıl və “Xocalıya ədalət” kampaniyasının Türkiyə təmsilçisi Gözde Kılıç Yaşın çıxışları ilə Xocalı hadisəsinin başvermə səbəblərini qeyd ediblər. Toplantıda Xocalı qətliamı ilə bağlı qısa sənədli film nümayiş etdirilib.

Tədbirin yekununda iştirakçılar tərəfindən qərar qəbul olunub. Qərara görə, Xocalı hadisəsi açıq bir soyqırımıdır, Xocalı soyqırımı və qondarma erməni soyqırımı iddiaları ilə bağlı diaspor, elmi və lobbi fəaliyyətləri birlikdə koordinasiya edilməli və birlikdə iş aparılmalıdır. Sənəddə həmçinin bildirilir ki, Türkiyə-Ermənistan sərhədi Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək əsla açıla bilməz və açılmamalıdır.

Son xəbərlər

Orphus sistemi