Amerikalı həmsədr: "Ən böyük narahatlıq dinc əhali arasında qurbanların olmasıdır"

Amerikalı həmsədr: "Ən böyük narahatlıq dinc əhali arasında qurbanların olmasıdır" Ceyms Uorlik: "ATƏT MQ həmsədrlərinin ən əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin tam həllidir"
Xarici siyasət
23 Mart , 2016 12:12
Amerikalı həmsədr: Ən böyük narahatlıq dinc əhali arasında qurbanların olmasıdır

Bakı. 23 mart. REPORT.AZ/ "ATƏT-in Minsk qrupu həmsədrlərinin ən əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin tam həllidir". "Report" xəbər verir ki, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Amerikanın səsi" radiostansiyasına müsahibəsində bildirib. 

Onun sözlərinə görə, atəşkəsi pozmaq cəhdləri narahatlıq doğurur, ən böyük narahatlıq isə dinc əhali arasında qurbanların olmasıdır: "Biz ağır artilleriyadan istifadə olunmasını qınayırıq".

Həmsədr, həmçinin konqresmenlər Roys və Şermanın müraciətlərinə də toxunub. Onların təklifləri arasında atəşin istiqamətini təsbit edən qurğuların, eləcə də atəşkəs rejimini daha effektiv müşahidə etmək üçün həmsədrlərin yerləşdirilməsi məsələləri yer alır. 

C.Uorlik qeyd edib ki, həmsədrlər tərəflərin razılığının əldə olunmasına və atəşkəs rejiminin gücləndirilməsinə yönəlmiş bütün təklifləri dəstəkləyir. 

Son xəbərlər

Orphus sistemi