AMEA prezidenti Berlində azərbaycanlı alim və tələbələrlə görüşüb

AMEA prezidenti Berlində azərbaycanlı alim və tələbələrlə görüşüb Almaniyadakı azərbaycanlı alimlərin Milli Elmlər Akademiyası ilə gələcəkdə daha sıx əməkdaşlıq etməsinin vacibliyi vurğulanıb
Xarici siyasət
3 Noyabr , 2014 16:54
AMEA prezidenti Berlində azərbaycanlı alim və tələbələrlə görüşüb
Bakı. 3 noyabr. REPORT.AZ/ Berlində səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) azərbaycanlı alim, tələbə və diasporun digər təmsilçiləri ilə görüş keçirib. AAKM-dən “Report”a verilən məlumata görə, tədbirdə mərkəzin icraçı direktoru Samira Patzer-İsmailova AMEA-nın nümayəndə heyətinin Almaniyadakı Azərbaycan diasporuna maraq göstərməsinin, diasporun intellektual potensialına yüksək dəyər verməsinin sevindirici olduğunu bildirib.

Akademik Akif Əlizadə isə Azərbaycan elminin bugünkü durumu, AMEA-nın strukturu, gördüyü işlər, yeni araşdırma, tədqiqat sahələri və gələcək planlar barədə iştirakçılara məlumat verib. O, Almaniyada yaşayan azərbaycanlı alimlərin və təhsil almaqda olan tələbə-doktorantların Milli Elmlər Akademiyası ilə gələcəkdə daha sıx əməkdaşlıq etməsinin vacib əhəmiyyət daşıdığını vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi