Bakı. 20 aprel. REPORT.AZ/ Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Liviya və Yəməndəki vəziyyəti, İranla nüvə danışıqlarının gedişini müzakirə etmək üçün bu gün Lüksemburqda toplaşacaq. Onlar həmçinin Riqada baş tutacaq
Nazirlər həmçinin Liviyadakı vəziyyətlə sıx əlaqəli olan miqrasiya siyasətini müzakirə edəcəklər. Aprelin 19-da Aralıq dənizində Cənubi Afrikalı 700 miqrantın olduğu qayığın batması ilə bağlı növbəti faciədən sonra Mogerini bildirib ki, XİN rəhbərlərini miqrantlara yardım göstərilməsi ilə bağlı konkret addımlar atmağa çağıracaq.
Günün ikinci yarısında nazirlər Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarusun daxil olduğu Şərq Tərəfdaşlığı proqramının iştirakçıları olan həmkarları ilə görüşəcəklər. Görüşdə mayın 21-22-də Riqada (Latviya) keçirilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı sammiti müzakirə olunacaq.