Aİ Şurası: "Avropa Qonşuluq Siyasəti Avropa İttifaqının xarici siyasəti üçün həlledici rola malikdir"

Aİ Şurası: "Avropa Qonşuluq Siyasəti Avropa İttifaqının xarici siyasəti üçün həlledici rola malikdir" Brüsseldə Aİ-yə daxil olan 28 ölkənin xarici işlər nazirləri səviyyəsində Aİ Nazirlər Şurasının iclası keçirilib
Xarici siyasət
14 Dekabr , 2015 18:04
Aİ Şurası: Avropa Qonşuluq Siyasəti Avropa İttifaqının xarici siyasəti üçün həlledici rola malikdir

Bakı. 14 dekabr. REPORT.AZ/ "Demokratik, sabit və çiçəklənən qonşuluq Avropa İttifaqı üçün strateji prioritetə malikdir və fundamental maraq daşıyır". "Report" xəbər verir ki, bu barədə bu gün Brüsseldə keçirilən Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Şurasının yekun bəyanatında bildirilir.

Sənəddə Avropa Qonşuluq Siyasətinin yenilənmiş versiyası alqışlanır, Aİ qonşuları ilə əlaqələrin xüsusi əhəmiyyətinə toxunularaq, qarşıdakı illərdə siyasi, iqtisadi və təhlükəsizlik sektorlarının sabitləşməsinin Aİ üçün əsas siyasi məqsəd olacağı qeyd olunur.

"Avropa Qonşuluq Siyasəti Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üçün həlledici rola malikdir", - iclasın sonunda qəbul olunan bəyanatda vurğulanır.

Qeyd edək ki, Avropa Qonşuluq Siyasəti proqramına 16 ölkə, o cümlədən Cənubi Qafqaz ölkələri - Azərbaycan, Ermənistan və Gürcüstan daxildir. Avropa Qonşuluq Siyasətinin yenilənmiş versiyasının təqdimatı isə noyabrda Brüsseldə keçirilib.

Son xəbərlər

Orphus sistemi