Bakı. 14 aprel. REPORT.AZ/ "Biz Azərbaycanla strateji tərəfdaşlıq haqqında saziş üzrə intensiv danışıqlar mərhələsindəyik".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycan ofisinin rəhbəri Malena Mard deyib.
Onun sözlərinə görə, Aİ və Azərbaycan yeni geniş və hərtərəfli qanunverici əməkdaşlıq bazası hazırlamaqda maraqlıdır.
"Bizim 25 illik sıx əməkdaşlıq tarixçəmiz var. Aİ və Azərbaycan arasında son razılaşma 1999-cu ildə qüvvəyə minib. O vaxtdan bəri isə bir çox dəyişib", - deyə M. Mard bildirib.