Bakı. 29 aprel. REPORT.AZ/ Avropa İttifaqının
Onun sözlərinə görə, Peter Semnebi məktubunda adının arzuolunmaz şəxslər siyahısında olmasını qeyd edərək, Avropa İttifaqının xüsusi nümayəndəsi kimi vəzifə səlahiyyətlərini başa vurmaq ərəfəsində münaqişəni başa düşmək üçün qeyri-rəsmi əsasda işğal olunmuş ərazilərə səfər etdiyini bildirib: "Səfər nəticəsində müşahidələrinin Azərbaycanın mövqeyi və narahatlıqları ilə üst-üstə düşdüyünü deyən Peter Semnebi hüquqi baxımdan Azərbaycanın tərkib hissəsi olan əraziyə əvvəlcədən məlumat vermədən səfər etdiyinə görə təəssüflədiyini bildirib və üzrxahlığını ifadə edib".
H.Hacıyev deyib ki, Peter Semnebinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barəsində qərar qəbul edilib: "Onun 28-29 aprel tarixlərində keçirilən III Bakı Qlobal Forumunda iştirakına icazə verilib".