Bakı. 7 aprel. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Azərbaycandakı missiyasının rəhbəri Malena Mard Latviyanın Azərbaycandakı səfiri Hardijs Baumanisin qəfil vəfatı ilə bağlı başsağlığı verib.
Bu barədə "Report"a Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.
M.Mard onun ailəsinə və Latviya ictimaiyyətinə başsağlığı verib.
"O mənim əziz dostum və həmkarım idi. Bu bizim üçün böyük itkidir", - M.Mard bildirib.
Qeyd edək ki, Latviyanın Azərbaycandakı səfiri Hardijs Baumanis aprelin 6-da Bakıda vəfat edib. 47 yaşlı diplomatın ölüm səbəbi kimi sağlamlığında olan problemlər göstərilib.
H.Baumanis 2010-cu il sentyabr ayından dünyasını dəyişənədək Latviyanın Azərbaycandakı səfiri olub.