Aİ-nin ali nümayəndəsinin Azərbaycana səfərinin vaxtı məlum olub

Aİ-nin ali nümayəndəsinin Azərbaycana səfərinin vaxtı məlum olub Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq
Xarici siyasət
24 Fevral , 2016 14:55
Aİ-nin ali nümayəndəsinin Azərbaycana səfərinin vaxtı məlum olub

Bakı. 24 fevral. REPORT.AZ/ Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycana səfərinin vaxtı açıqlanıb. Xanım diplomat fevralın 29-da ölkəmizə təşrif buyuracaq.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, F.Moqerininin səfəri zamanı xarici işlər naziri və Azərbaycanın digər rəsmiləri ilə görüşlər nəzərdə tutulub. Görüşlərdə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi