"ADA" Universitetində Türkdilli ölkələrin diplomatları üçün proqrama start verilib

"ADA" Universitetində Türkdilli ölkələrin diplomatları üçün proqrama start verilib Tədbirin açılışında Universitetin rektoru və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi iştirak edib
Xarici siyasət
2 Mart , 2015 12:50
ADA Universitetində Türkdilli ölkələrin diplomatları üçün proqrama start verilib

Bakı. 2 mart. REPORT.AZ/ "ADA" Universitetində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrindən olan diplomatlar üçün II tədris proqramına start verilib. 

"Report" xəbər verir ki, tədbirin açılışında çıxış edən "ADA" Universitetinin rektoru Hafiz Paşayev Türk Şurasının bütün üzvlərinin dillərində iştirakçıları salamlayıb. Rektor qeyd edib ki, bu gün universitetdə Türk Şurasının bütün ölkələrindən tələbələr təhsil alır. 

Daha sonra Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov çıxış edib. O xatırladıb ki, belə bir proqram artıq ötən il Türkiyədə həyata keçirilib. O, proqramın gənc diplomatlar üçün faydalı olacağına əminliyini bildirib. 

Təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanın təhsil naziri Mikail Cabbarovun adından tədbir iştirakçılarını salamlayıb. O bildirib ki, dünyada hazırda  qeyri-sabitlik və maliyyə problemləri hökm sürür. Bu baxımdan o, sözügedən çağırışlara qarşı güvvələrin birləşdirilməsinin vacibliyini qeyd edib. C.Bayramov Türk Akademiyası və bu quruma daxil olan ölkələrin universitetlərinin rolunu xüsusi olaraq vurğulayıb. 

Qeyd edək ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğız Respublikası daxildir. 

Proqram martın 15-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi