ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili "facebook"da terrorizmdən danışacaq

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili "facebook"da terrorizmdən danışacaq Sentyabırın 11-də Birləşmiş Ştatlarda baş verən terror hücumlarının il dönümünü qeyd etmək məqsədi ilə “facebook” müzakirəsi təşkil olunacaq
Xarici siyasət
9 Sentyabr , 2014 17:24
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili facebookda terrorizmdən danışacaq
Bakı. 9 sentyabr. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Xoqan “facebook”da terrorçuluğa qarşı mübarizədən danışacaq.

Report xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin rəsmi feysbuk səhifəsində məlumat verilib. Məlumata görə, sentyabrın 11-də Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Xoqanın iştirakı ilə “facebook” müzakirəsi təşkil olunacaq: “Sentyabırın 11-də Birləşmiş Ştatlarda baş verən terror hücumlarının ildönümünü qeyd etmək məqsədi ilə, biz terrorçuluğa qarşı qlobal mübarizəyə dair müzakirələr aparacağıq. Müzakirələrə ABŞ və Azərbaycanın terrorçuluğa qarşı əməkdaşlığı, İŞİD-ə qarşı koalisiya və Azərbaycanın digər dövlətlərə terror və dini ekstremizmə qarşı mübarizə sahəsində nə öyrədə biləcəyi kimi mövzuların daxil edilməsi planlaşdırılır”.

Xatırladaq ki, müzakirələrdə iştirak etmək istəyənlər, yaxud Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Xoqana sual vermək istəyənlər səfirliyin "facebook" səhifəsinin şərh bölməsinə öncədən yaza, yaxud müzakirələrdə canlı iştirak edə bilər.

Son xəbərlər

Orphus sistemi