ABŞ: Azərbaycan beynəlxalq təhlükəsizliyə yardım qüvvələri üçün əsas tranzit marşrutlarından biridir

ABŞ: Azərbaycan beynəlxalq təhlükəsizliyə yardım qüvvələri üçün əsas tranzit marşrutlarından biridir Elmar Məmmədyarov ABŞ-ın Nəqliyyat komandanlığının rəhbərini qəbul edib
Xarici siyasət
22 Avqust , 2014 09:19
ABŞ: Azərbaycan beynəlxalq təhlükəsizliyə yardım qüvvələri üçün əsas tranzit marşrutlarından biridir

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Nəqliyyat komandanlığının rəhbəri general Paul Selvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan XİN-in mətbuat xidmətindən Report-a verilən məlumatına görə, görüşdə Azərbaycanın NATO-nun Əfqanıstanda beynəlxalq təhlükəsizliyə yardım qüvvələri əməliyyatına verdiyi töhfələri yüksək qiymətləndirib.

Beynəlxalq təhlükəsizliyə yardım qüvvələri üçün əsas, etibarlı və təhlükəsiz tranzit marşrutlarından biri olaraq, ikitərəfli və çoxtərəfli əsasda nəqliyyat və yükdaşımaları sahəsində Azərbaycanın NATO-nun üzv və tərəfdaş ölkələrinə, o cümlədən ABŞ-a göstərdiyi dəstəkdən məmnunluq ifadə olunub.

Nazir Elmar Məmmədyarov tərəfdaş dövlət olaraq, Azərbaycanın Əfqanıstan əməliyyatı ilə əlaqədar bundan sonra da lazımi tranzit dəstək göstərəcəyini qeyd edərək, yekunlaşdırılmaqda olan Bakı-Tbilisi-Qars dəmir-yolu xətti və yeni Ələt dəniz limanının ölkənin tranzit və nəqliyyat imkanlarını daha da artıracağını deyib.

General Paul Selva əməkdaşlığa və göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edərək, ölkənin əlverişli coğrafi mövqeyinin və inkişaf edən nəqliyyat infrastrukturunun yüksək təəssüratlar doğurduğunu və xüsusilə kommersiya və ticarət baxımdan böyük imkanlara malik olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi