ABŞ konqresmeni Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini yüksək qiymətləndirib

ABŞ konqresmeni Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini yüksək qiymətləndirib Həmçinin bəyanatda geosiyasi enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Azərbaycanın ABŞ-ın vacib tərəfdaşı olduğu vurğulanıb
Xarici siyasət
13 Fevral , 2015 12:21
ABŞ konqresmeni Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini yüksək qiymətləndirib

Bakı. 13 fevral. REPORT.AZ/ Fevralın 12-də ABŞ konqresində Azərbaycanla bağlı dinləmələrin protokoluna əlavə edilməsi üçün konqresmen Maykl Törner (Michael R. Turner) bəyanatla çıxış edib. "Report"un məlumatına görə, bəyanatda konqresmen Maykl Törner xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini vurğulayaraq, Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizinin əhəmiyyətindən bəhs edib.

Amerikalı koqresmen bəyanatında Avropanın enerji təhlükəsizliyinin təmin olunması və regional sabitliyin gücləndirilməsi istiqamətində Azərbaycanla işləməyə davam etdirilməsinin vacibliyini qeyd edib.

Həmçinin bəyanatda geosiyasi enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Azərbaycanın ABŞ-ın vacib tərəfdaşı olduğu vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi