ABŞ paytaxtında erməni iddialarına qarşı Türkiyəyə dəstək yürüşü keçirilib - FOTO

ABŞ paytaxtında erməni iddialarına qarşı Türkiyəyə dəstək yürüşü keçirilib - FOTO Bakı. 25 aprel. REPORT.AZ/ Vaşinqtonda türk icmasının təşəbbüsü ilə təşkil olunmuş ermənilərin qondarma “erməni soyqırımı” iddialarına qarşı y...
Xarici siyasət
25 Aprel , 2016 00:07
ABŞ paytaxtında erməni iddialarına qarşı Türkiyəyə dəstək yürüşü keçirilib - FOTO

Bakı. 25 aprel. REPORT.AZ/ Vaşinqtonda türk icmasının təşəbbüsü ilə təşkil olunmuş ermənilərin qondarma “erməni soyqırımı” iddialarına qarşı yürüş keçirilib. "Report" "AzərTac"a istinadən xəbər verir ki, Ağ Evin qarşısından start götürən yürüş səfirliklərin yerləşdiyi küçələrdən keçib və Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında başa çatıb.

Yürüşdə türkdilli və müsəlman icmaların nümayəndələri, o cümlədən Azərbaycanın Vaşinqton və Nyu York icmalarının fəalları da iştirak ediblər. Nümayişçilər 1915-ci ilin hadisələrinə dair iddialara, islamofobiyaya qarşı şüarlar səsləndiriblər. Bundan əlavə yürüşdə iştirak edən türkdilli icma üzvləri Azərbaycanı dəstəkləyən, erməni terrorunu və Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən şüarlar da səsləndiriblər. Türk və Azərbaycan icmalarının nümayəndələri əllərində üstündə Xocalı soyqırımı haqqında faktların təqdim olunduğu, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən və erməni terrorunu pisləyən dörd qətnaməsinin yerinə yetirilməsi çağırışları olan plakatlar tutublar. Minlərlə nümayişçilərin iştirak etdiyi yürüşün önündə Türkiyə, ABŞ və Azərbaycan bayraqları dalğalandırılıb.

Yürüşdə Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç və Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov da iştirak ediblər.

Nümayiş zamanı vətənpərvərlik mövzusunda türk və Azərbaycan mahnıları səsləndirilib.

Son xəbərlər

Orphus sistemi