ABŞ-ın Kaliforniya ştatının qubernatoru Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Qubernatorun Los-Ancelesdəki baş konsulluğa göndərdiyi təbrik məktubunda Azərbaycanın zəngin tarixə malik olduğu bildirilib
Xarici siyasət
28 May , 2015 10:43
ABŞ-ın Kaliforniya ştatının qubernatoru Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bakı. 28 may. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını təbrik edib. Bu barədə "Report"a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib. 

Qubernatorun Los-Ancelesdəki baş konsulluğa göndərdiyi təbrik məktubunda Azərbaycanın zəngin tarixə malik olduğu və Kaliforniyadakı Azərbaycan icmasının, eləcə də bütün dünyada yaşayan azərbaycanlıların öz mədəniyyətləri ilə fəxr etdikləri bildirilib. 

Qubernator qeyd edib ki, Respublika Günü Azərbaycan icması üçün böyük önəm daşıyır. C.Braun bildirib ki, belə bir günün qeyd olunması Kaliforniya mədəniyyətinə və müxtəlifliyinə töhfələr verən ənənələrin qorunmasına xidmət edir. Qubernator Kaliforniya ştatı adından Azərbaycan xalqını və Kaliforniyada yaşayan bütün azərbaycanlıları təbrik edib.

Demokratlar Partiyasını təmsil edən C.Braun 2011-ci ildən Kaliforniyanın qubernatoru vəzifəsini daşıyır. O, bundan öncə 1975-83-cü ildə də eyni vəzifədə çalışıb.

Son xəbərlər

Orphus sistemi