ABŞ-ın Azərbaycandakı səfiri Dövlət Sərhəd Xidmətinin rəisi ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri Dövlət Sərhəd Xidmətinin rəisi ilə görüşüb Robert Sekuta: "Dövlət Sərhəd Xidməti regionda və regiondan kənarda insan alverinə qarşı mübarizədə əsas tərəfdaşdır"
Xarici siyasət
3 Sentyabr , 2015 16:55
ABŞ-ın Azərbaycandakı səfiri Dövlət Sərhəd Xidmətinin rəisi ilə görüşüb

Bakı. 3 sentyabr. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyevlə görüşüb.

"Report"un məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsində yaydığı məlumatda bildirilir.

Görüşdə R.Sekuta E.Quliyevə DSX-nin Azərbaycan sərhədlərinin qorunması işində göstərdiyi tərəfdaşlığa görə təşəkkür edib. 

"Dövlət Sərhəd Xidməti regionda və regiondan kənarda insan alverinə qarşı mübarizədə əsas tərəfdaşdır", - səfir bildirib.

Son xəbərlər

Orphus sistemi