ABŞ-ın Azərbaycandakı səfiri cəbhəyanı rayonlara səfər edib

ABŞ-ın Azərbaycandakı səfiri cəbhəyanı rayonlara səfər edib Səfir icra başçıları ilə görüşüb
Xarici siyasət
17 İyun , 2016 13:00
ABŞ-ın Azərbaycandakı səfiri cəbhəyanı rayonlara səfər edib

Bakı. 17 iyun. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta cəbhəboyu rayonlara səfər edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, səfər zamanı R.Sekuta Yevlax və Naftalan şəhərlərinin və Goranboy rayonunun icra hakimiyyətlərinin başçıları ilə görüşüb. Görüşlərdə regional inkişaf və ABŞ-Azərbaycan əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.

Goranboy Rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev və Yevlax şəhərinin icra başçısı Qoca Səmədovla görüşdə tibbi və digər xidmətlərin təminatı sahəsində əməkdaşlıq məsələsi müzakirə olunub. 

ABŞ səfiri daha sonra Naftalan şəhərinə səfər edib. R.Sekuta şəhərin icra başçısı Natiq Aslanovla görüşüb. N.Aslanov səfirə məşhur Naftalan spaları, yeni kurortlar, və turizmin inkişafı bərədə məlumat verib. 

Son xəbərlər

Orphus sistemi