ABŞ Dövlət Departamenti: TAP layihəsi Azərbaycan iqtisadiyyatını gücləndirəcək

ABŞ Dövlət Departamenti: TAP layihəsi Azərbaycan iqtisadiyyatını gücləndirəcək "ABŞ TAP layihəsinin təməlinin qoyulmasını alqışlayır"
Xarici siyasət
18 May , 2016 10:36
ABŞ Dövlət Departamenti: TAP layihəsi Azərbaycan iqtisadiyyatını gücləndirəcək

Bakı. 18 may. REPORT.AZ/ "ABŞ Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin təməlinin qoyulmasını alqışlayır".

"Report" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi keçirdiyi brifinqdə deyib.

"Daha əvvəl də bildirdiyimiz kimi, biz Avropa qitəsində enerji təchizatının diversifikasiya olunması prinsipinə sadiqik. Bununla regionun enerji təhlükəsizliyi möhkəmləndiriləcək və regional sabitlik və rifah təşviq ediləcək", - deyə C.Kirbi bildirib.

C.Kirbi ABŞ-ın layihənin icrasına müşahidəni davam etdirəcəyini açıqlayıb. O bildirib ki, layihə Azərbaycan, Türkiyə, Yunanıstan və İtaliyanın iqtisadiyyatını gücləndirəcək.

Son xəbərlər

Orphus sistemi