ABŞ Dövlət Departamenti: Azərbaycanda maliyyə şəffaflığının təminatı istiqamətində mühüm irəliləyişlər var

ABŞ Dövlət Departamenti: Azərbaycanda maliyyə şəffaflığının təminatı istiqamətində mühüm irəliləyişlər var ABŞ Dövlət Departamenti 2016-cı il üçün Maliyyə Şəffaflığı Hesabatını açıqlayıb
Xarici siyasət
1 Avqust , 2016 16:39
ABŞ Dövlət Departamenti: Azərbaycanda maliyyə şəffaflığının təminatı istiqamətində mühüm irəliləyişlər var

Bakı. 1 avqust. REPORT.AZ/ ABŞ Dövlət Departamenti 2016-cı il üçün Maliyyə Şəffaflığı Hesabatını açıqlayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, hesabatda Azərbaycanın budcəsinə dair məlumatlar və həmçinin təbii sərvətlərin işlənməsi üçün dövlət müqavilələrinin və lisenziyaların verilməsi prosesləri əksini tapıb. 

Hesabatda Azərbaycan tərəfindən maliyyə şəffaflığının təminatı istiqamətində etdiyi mühüm irəliləyişlər qeyd edilir və ABŞ hökumətinin Azərbaycanın sözügedən sahədə etdiyi səylərə yüksək qiymət verdiyi vurğulanır. Sənəddə bildirilir ki, maliyyə şəffaşlığı vətəndaşlara büdcə barədə məlumat verərək hökumətin məsuliyyətinə və daha fəal ictimai müzakirələrin gücləndirilməsinə təkan verir: "İctimai maliyyə idarəçiliyinin vacib bir elementi olan maliyyə şəffaflığı bazarda etimadın gücləndirilməsi və iqtisadi davamlılığın möhkəmlənməsində vacib rol oynayır.

Hesabat ilində Hesablama Palatası tərəfindən hazırlanmış rəy hesabatlarında planlaşdırılan xərclər, o cümlədən dövlət müəssisələrinə ayırmalar haqqında müfəssəl məlumatlar dərc etməklə Azərbaycan əhəmiyyətli tərəqqi əldə edib.

Hesabat müddətində büdcə sənədləri ictimaiyyətə təqdim olunub və burada hökumətin gəlirləri, o cümlədən təbii sərvətlərdən daxil olan gəlirlər haqqında əhəmiyyətli dərəcədə dolğun məlumat öz əksini tapıb. Büdcə sənədlərində dövlət müəssisələrinə ayırmaların və yaxud bu müəssisələrin gəlirlərinin tam olaraq təfsilatı ilə təqdim olunmamağına baxmayaraq, Azərbaycanın ali yoxlama qurumu olan Hesablama Palatası dövlət müəssisələrinə ayırmalar haqqında daha ətraflı məlumatı dərc etməyə başlayıb. Bütün dövlət müəssisələrinin audit yoxlamasından keçmiş hesabatları internet vasitəsilə geniş ictimaiyyətə təqdim olunub. Büdcə sənədlərində təqdim olunmuş informasiya ümumilikdə etibarlı olub. Ali yoxlama qurumu tərəfindən hökumətin illik icra olunmuş büdcəsinin bir hissəsi yoxlanılıb və qurumun hesabatları müvafiq müddət ərzində geniş ictimaiyyətə təqdim edilib".

Son xəbərlər

Orphus sistemi