ABŞ Azərbaycanın bölgənin nəqliyyat mərkəzi olmaq səyini dəstəkləyir

ABŞ Azərbaycanın bölgənin nəqliyyat mərkəzi olmaq səyini dəstəkləyir ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Azərbaycan nəqliyyat nazirinin müavini ilə görüşüb
Xarici siyasət
4 Avqust , 2015 16:33
ABŞ Azərbaycanın bölgənin nəqliyyat mərkəzi olmaq səyini dəstəkləyir

Bakı. 4 avqust. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahovla görüşüb.

"Report"un ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına istinadən verdiyi xəbərə görə, görüşdə ABŞ-ın bölgə ticarətinə dəstəyi məsələsi müzakirə edilib.

Bildirilib ki, ABŞ Azərbaycanın bölgənin nəqliyyat mərkəzi olmaq səyini dəstəkləyir, inkişaf etmiş ticarətin bütün bölgəyə bəhrə verə biləcəyini hesab edir. Həmçinin qeyd olunub ki, bölgə ticarətinin inkişafı ABŞ-ın Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün verdiyi dəstəyin vacib hissəsidir.

Son xəbərlər

Orphus sistemi