​20 Yanvar şəhidlərinin xatirəsi Brüsseldə yad edilib

​20 Yanvar şəhidlərinin xatirəsi Brüsseldə yad edilib Mərasimdə Belçikada yaşayan Azərbaycan icmasının təmsilçiləri, Səfirlik və NATO yanında nümayəndəliyimizin əməkdaşları iştirak ediblər
Xarici siyasət
19 Yanvar , 2015 21:27
​20 Yanvar şəhidlərinin xatirəsi Brüsseldə yad edilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Yanvarın 19-da “Belçika – Azərbaycan Dostluq Cəmiyyəti”nin təşkilatçılığı ilə Brüssel Azad Universitetində 20 Yanvar şəhidlərinin xatirəsini anmaq üçün mərasim təşkil edilib. Azərbaycan Belçikadakı sərirlikdən "Report"a verilən məlumatına görə, Mərasim 20 yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə açıq elan olunub. 

Mərasimdə çıxış edən Səfir Fuad İsgəndərov 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə geniş məlumat vermişdir. Səfir o qanlı hadisəyə xaricdən ilk etiraz səslərinin məhz bir sıra Avropa paytaxtlarında, o cümlədən Brüssel və Haaqada yaşayan türk və azərbaycanlı icması tərəfindən ucaldığına diqqət çəkib. Səfir ele o illərdən Türkiyə - Azərbaycan qardaşlığının daha da möhkəmləndiyini vurğulayıb. Səfir qanlı hadisələrdən dərhal sonra Ulu Öndər Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə gələrək, öz etirazını bildirməsini xatırlatmış və bütün bu proseslərin Azərbaycanın öz müstəqilliyinə doğru atdığı addımları sürətləndirdiyini qeyd edib.

Tədbirdə çıxış edən digər məruzəçilər, Azərbaycanın NATO yanında Missiyasının rəhbəri Xəzər İbrahim, Türkiyə Respublikasının Belçikadakı Səfiri Hakan Olcay, İslam Əməkdaşlığı Təşkilatının Avropa İttifaqı yanında Daimi Müşahidəçi Missiyasının rəhbəri Arif Məmmədov, Belçika – Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Ayxan.Dəmirçi, azərbaycanlı və türk gənclərinin nümayəndələri 20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçdikləri fikrini vurğulayaraq, bu günün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu vurğulayıblar.

Mərasimdə Belçikada yaşayan Azərbaycan və türk icmasının təmsilçiləri, azərbaycanlı tələbələr, Səfirlik və NATO yanında nümayəndəliyimizin əməkdaşları iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi