Yeni il bayramı ilə bağlı Bakı-Tbilisi sərnişin qatarına əlavə vaqonlar qoşulacaq

Yeni il bayramı ilə bağlı Bakı-Tbilisi sərnişin qatarına əlavə vaqonlar qoşulacaq Bu il Gürcüstan paytaxtı istiqamətində qatarlara ümumilikdə 20 vaqonun qoşulması planlaşdırılır
Turizm
19 Dekabr , 2015 14:15
Yeni il bayramı ilə bağlı Bakı-Tbilisi sərnişin qatarına əlavə vaqonlar qoşulacaq

Bakı. 19 dekabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edəcək qatarlara əlavə vaqonlar qoşacaq. Bu barədə "Report"a cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

N.Əzməmmədov deyib ki, bu il Gürcüstan istiqamətində hərəkət edən qatarlara ümumilikdə 20 vaqonun qoşulması planlaşdırılır: “Biz ötən il olduğu kimi xüsusi turist qatarının xəttə buraxılmasını planlaşdırmırıq. Bu da nisbi tələbat azlığı ilə bağlıdır. Amma həmin istiqamətdə və əks istiqamətdə hərəkət edən qatarlara əlavə vaqonlar qoşacağıq". 

"Əsas sərnişin sıxlığı 29-30 dekabr tarixlərində müşahidə olunacaq.  Bu səbəbdən dekabrın 29-da Bakı-Tbilisi istiqamətində hərəkət edəcək qatara əlavə vaqonlar qoşulacaq. Həmin qatar dekabrın 30-da geri qayıdacaq. Əgər sıxlıq müşahidə edilərsə, növbəti günlər də xəttə əlavə vaqonlar buraxılacaq”, - deyə şirkət rəsmisi əlavə edib.

Qeyd edək ki, Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə 5 qeyri-iş günü olacaq.

Son xəbərlər

Orphus sistemi