Yay mövsümündə Azərbaycan regionlarında istirahət edən turistlərin sayı açıqlanıb

Yay mövsümündə Azərbaycan regionlarında istirahət edən turistlərin sayı açıqlanıb Quba-Xaçmaz ən çox yerli turistlərin, Şamaxı-İsmayıllı isə ən çox xarici turistlərin istirahət etdiyi bölgələr olub
Turizm
30 Sentyabr , 2015 20:24
Yay mövsümündə Azərbaycan regionlarında istirahət edən turistlərin sayı açıqlanıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Yerli və xarici turistlərin bölgələrimizə səfəri əsasən yay mövsümündə daha çox müşahidə olunub. "Report" xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin yaydığı təhlildə bildirilib.

Aparılan təhlillər nəticəsində 2015-ci ilin 01 iyun - 31 avqust tarixlərində Azərbaycanın şimal, şimal-qərb, qərb və cənub bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərində istirahət edən turistlərin sayının ümumilikdə 608 233 nəfər təşkil etdiyi bilidirilir.

Bunlardan 560 688 nəfər yerli turistlərin, 47 545 nəfər xarici turistlərin payına düşür. Bu da ötən ilin hesabat dövrü ilə müqayisədə 8,2% və ya 45 984 nəfər artım deməkdir.Qeyd edək ki, aparılan araşdırmalara uyğun olaraq Quba-Xaçmaz regionu ən çox yerli turistlərin (335 022 nəfər), Şamaxı-İsmayıllı regionu isə ən çox xarici turistlərin (134 730 nəfər) istirahət etdiyi bölgələr siyahısına daxildir.

Son xəbərlər

Orphus sistemi