​Yaponiyada ərzaq sərgisi keçiriləcək

​Yaponiyada ərzaq sərgisi keçiriləcək JETRO Azərbaycan istehsalçılarının bu sərgidə iştirakını dəstəkləyir
Turizm
29 İyun , 2016 15:51
​Yaponiyada ərzaq sərgisi keçiriləcək

Bakı. 29 iyun. REPORT.AZ/ Yaponiyanın Çiba şəhərində “Foodex Japan-2017” beyn'lxalq ərzaq sərgisi keçiriləcək. 

“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, sərgi gələn il martın 7-10-da baş tutacaq.

Yaponiya Xarici Ticarətin İnkişafı Təşkilatı (JETRO) Azərbaycan istehsalçılarının da bu sərgidə iştirakını dəstəkləyir.

Sərgidə şirkətlərə qoyulan tələblər, qeydiyyat qaydaları haqqında ətraflı məlumat əldə etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi