Bakı. 21 iyun. REPORT.AZ/ Vyetnamda VIETSTOCK-2016 - Beynəlxalq Ticarət Sərgisi keçiriləcək.
“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna ("Azpromo") istinadən verdiyi xəbərə görə, Ho Şi Min şəhərində baş tutacaq sərgi bu il oktyabrın 19-dan 21-dək davam edəcək.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvətlidirlər. Sərgi haqqında ətraflı məlumat əldə etmək istəyənlər "Azpromo"ya müraciət edə bilərlər.