Bakı. 20 oktyabr. REPORT.AZ/ Ukraynada qida, kənd təsərrüfatı məhsullarının ixracatçıları və idxalçılarının konfransı (UCEIFA) keçiriləcək.
Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Konfrans bu il noyabrın 1-2-də Kiyev şəhərində baş tutacaq. Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar tədbirə dəvət olunublar.
Konfrans haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.