Bakı. 28 oktyabr. REPORT.AZ/ Ukraynada investisiya forumu keçiriləcək.
Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Bildirilib ki, forum bu il noyabrın 23-də Kiyev şəhərində baş tutacaq. Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar forumda iştiraka dəvətlidirlər.
Forumhaqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.