​Ucuz bilet tapmağın 11 yolu

​Ucuz bilet tapmağın 11 yolu Daha ucuz təyyarə biletini belə axtarın
Turizm
1 Avqust , 2015 17:50
​Ucuz bilet tapmağın 11 yolu

Bakı. 1 avqust. REPORT.AZ/ Yay gələn kimi əksəriyyət istirahətə xaricə getməyi üstün tutur. Eyni zamanda, xaricə getmək üçün də daha ucuz vasitələr axtarır. "Report" sizlərə təyyarəyə ucuz bilet əldə etməyin bəzi üsullarını təqdim edir:

1. Uçuş vaxtı yaxınlaşdıqca biletin qiyməti də bir o qədər bahalaşır. Bununla belə, bileti həddindən artıq tez almaq da ən yaxşı variant deyil. Belə ki, daha sonra endirim başlaya bilər. Optimal axtarış vaxtı uçuşa səkkiz aydan iki aya qədər intervalda bileti axtarmaqdır

2. Adətən, həftəsonu biletlər həftəiçindən daha bahalı olur. Ən çox yüklənmiş (daha doğrusu, bahalı) günlər - cümə, şənbə və bazar günləridir. Ən az yüklənmiş günlər isə çərşənbə axşamı və cümə axşamları hesab olunur

3. Əgər getdiyiniz şəhərə bütün reyslər bahadırsa, yaxınlıqda yerləşən hava limanlarını axtarmaq və ordan da digər nəqliyyat vasitəsilə gedəcəyiniz yerə çatmaq daha ağlabatandır

4. Biletin qiyməti heç də həmişə məsafədən birbaşa asılı olmur. Populyar hava limanlarına bilet adətən kiçik olanlarından (istisna hal - tez-tez populyar olmayan kiçik aeroportlara uçan diskaunt aviaşirkətlər) daha ucuz başa gəlir

5. Yaxşısı uçuşun müəyyən tarixinə "ilişib" qalmamaqdır. Çox vaxt sizin seçdiyiniz tarixə bilet bir neçə gün əvvəl və ya sonra xeyli ucuz ola bilər

6. Azərbaycanla qonşu olan ölkələrdən reyslər bəzən daha ucuz olur. Çox vaxt bir neçə yüz avro qənaət etmək üçün Gürcüstan və ya Türkiyədən (Vilnüs və ya Riqa) getməyə dəyər

7. Turizm mövsümün ən qaynar vaxtlarında qiymətlər adətən (Avropada bu iyul və avqustdur) ondan dərhal sonra və ya bilavasitə ondan öncə baha olur

8. Aviaaxtarış saytına növbəti girişiniz zamanı seçdiyiniz bilet qəfil bahalaşıbsa, brazuerdə "cookies"i təmizləmək və yenidən reysin səhifəsini açmağı sınaqdan keçirməyə dəyər. Bəlkə də qiymət qalxmazdan öncə "sehirli şəkildə" əvvəlkitək olar

9. Çox vaxt az ziyarət edilən yerlərə (mələsən, Uqandaya) getməyin ən ucuz yolu nə sizin, nə də aviaaxtarış sisteminin eşitdiyi ekzotik aviaşirkətin reysi ola bilər. O zaman "Vikipedia"nın ingilisdili səhifəsinə daxil olun və sizi maraqlandıran ölkənin hava limanına dair informasiya olan məqalə axtarın. Bu cür məqalələrdə adətən aviaşirkətlərin və onların lazımi hava limanlarının tam siyahısı olur

10. Loukosterlər, yəni ucuz qiymətə xidmət göstərən şirkətlər - bunlar azbüdcəli aviaşirkətlərdirlər. Bu gün onlar böyük populyarlıq qazanıblar və aviadaşıma bazarında böyük oyunçulara çevriliblər. Məsələn, İrlandiyanın loukoster şirkəti "Ryan Air" sərnişin daşınmasına görə (2011-ci ildə 76,4 mln. insan) Avropada ikinci şirkət hesab edilir.

- Bir qayda olaraq belə aviaşirkətin reysinə bileti dəyişmək və ya pulsuz vermək olmaz. Reysin nə qədər çox bileti satılırsa, bir o qədər də baha olur. Bəzən loukosterlərdə elə endirimlər olur ki, uçuş lap qəpik-quruşa başa gəlir.

- Ucuzluq bütün mümkün vasitələrin xərclərinin azaldılması ilə baş tutur. Bir qayda olaraq biletin qiymətinə baqajin daşınması daxil olmur. Salona adətən məhdud çəkidə əl baqajı götürməyə icazə verilir.

- Təyyarədə qida və suya əlavə ödənişlə verilir, ya da nəzərdə tutulmur. Əlavə xidmətləri öncədən internetlə almaq yerində almaqdan xeyli ucuz olur. Loukosterlərdə uçuş çox vaxt ikinci dərəcəli hava limanlarından rahat olmayan vaxtda (adətən, həmin vaxt ictimai nəqliyyat olmur, taksi isə uçuşun qiymətindən də baha başa gəlir) reallaşdırılır. Aeroportda qeydiyyatdan keçmək də ayrıca ödəniş tələb edir - onlayn keçmək ən yaxşısıdır. Ayaqlarınız üçün əlavə geniş yerin olmasına görə (bəzən pəncərə qarşısında) də əlavə pul ödəmək lazımdır.

11. Səhv tariflər - Mürəkkəb tarif müəyyən etməsi ilə əlaqədar vaxtaşırı elə vəziyyət yaranır ki, bronlaşdırma sistemində "səhv" tarif olur. Bu zaman dünyanın o biri ucuna yarı qiymətinə, bəzən isə ondan ucuz getmək olur. Bu vəziyyət adətən mürəkkəb marşrutlarda olur, məsələn, gediş və gəlişin uyğun olmayan məntəqələrində. Aviaşirkət səhvi tez düzəldir, odur ki, tələsin. Səhv tarifli bileti internet-agentdən də almaq olar.

Ucuz aviabiletlərlə bağlı xüsusi (istər endirim, istərsə də səhv tarifli) bloqlar da var. Saytlarda və ya sosial şəbəkələrdə ("Vkontake", "Facebook", "Twitter") Piratesru, TripToDream, Vandrouki servislərinə abunə olun.  

Son xəbərlər

Orphus sistemi