Türkiyədəki otellərin doluluq əmsalı azalıb

Türkiyədəki otellərin doluluq əmsalı azalıb Ən çox azalma İstanbul otellərində qeydə alınıb
Turizm
28 Sentyabr , 2016 17:08
Türkiyədəki otellərin doluluq əmsalı azalıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Türkiyədəki otellərin doluluq əmsalı 53,4% təşkil edib. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Otellər Assosiasiyasının hesabatında bildirilir. 

Hesabatda qeyd olunur ki, ötən ay doluluq əmsalı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 27,4% bəndi azalıb. Ən çox azalma İstanbulda qeydə alınıb - 33,6% bəndi. Bu il İstanbul otellərində doluluq əmsalı 50,4% olub. 

Son 8 ayda isə Türkiyədəki otellərin orta doluluq əmsalı 49,7% təşkil edib. Bu da keçən ilin eyni dövründəkindən 21,8% bəndi azdır.

Builki turizm mövsümü dəyərləndirən asssosiasiya onun "boş" keçdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi