Türkiyədə turizmə dəstək üçün məktəblər gec açılacaq

Türkiyədə turizmə dəstək üçün məktəblər gec açılacaq Müəllimlərin maaşı vaxtında veriləcək
Turizm
22 Avqust , 2015 13:53
Türkiyədə turizmə dəstək üçün məktəblər gec açılacaq

Bakı. 22 avqust. REPORT.AZ/ Türkiyədə turizm sektoruna dəstək vermək üçün bu təhsil ilində məktəblərin Qurban bayramından sonra açılmasına qərar verilib. “Report”un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, bu qərar türizm sektorunun nümayəndələri və istirahət bölgələrinin bələdiyyə sədrlərinin xahişlərindən sonra qəbul olunub.

Əvvəlki illərlə müqayisədə Türkiyəyə gələn xarici turistlərin sayının kəskin azalması səbəbindən turizm gəlirlərində ciddi geriləmə müşahidə olunur. Turizm sektoru nümayəndələrinin təklifinə görə, tətilin vaxtının uzadılması və Qurban bayramı ilə birləşdirilməsi yerli turistlərin sayının artmasına səbəb ola bilər. Bu say artımının məhdud olacağı bildirilsə də, təklif qəbul olunub. Lakin qərar ancaq dövlət məktəblərinə aid edilib, özəl məktəblər isə tətil vaxtını özləri müəyyən etdiklərinə görə bu qərarın onlara təsiri olmayacaq.

Türkiyə Təhsil Nazirliyi sentyabrın 14-də açılması planlaşdırılan məktəblərin baş nazir Əhməd Davudoğlunun göstərişi ilə sentyabrın 28-də açılmasına qərar verib.

Dərs ilinin başlamasının gecikməsinə baxmayaraq, nazirlik müəllimlərin maaşlarının bayramdan əvvəl ödənilməsinə qərar verib. 

Son xəbərlər

Orphus sistemi