"Şahdağ” Turizm İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək

"Şahdağ” Turizm İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək “Şahdağ” Turizm Mərkəzi yeni aksiya həyata keçirir
Turizm
16 Sentyabr , 2015 18:02
Şahdağ” Turizm İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək

Bakı. 16 sentyabrı. REPORT.AZ/ "Şahdağ" Turizm Mərkəzi sentyabrın 24-dən 27-dək Qurban bayramı münasibətiə aksiya həyata keçirir. "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Aksiya çərçivəsində bayram günlərində qonaqlar "Şahdağ" Turizm Mərkəzinə səfər edərək endirimli qiymətlərdən yararlanmaq imkanı əldə edə biləcəklər. Həmçinin, bayram şam yeməyi və axşamlar əyləncəli proqramlar qonaqların xidmətində olacaq. Sentyabrın 28-də isə Bakı şəhərində fəaliyyətə başlayan "Şahdağ" Turizm İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək. Mərkəz Qusar rayonunda yerləşən "Şahdağ" Turizm Mərkəzinin məlumat bürosu olaraq fəaliyyət göstərəcək. Açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, rəsmiləri və turizm ictimaiyyəti iştirak edəcək. 

Qeyd edək ki, mərkəzdə otel rezervasiyası ilə yanaşı, qış-yay turizm avadanlıqlarının icarə sifarişi və paket təkliflər də əldə etmək xidmətləri təklif olunacaq.

Son xəbərlər

Orphus sistemi