​Rusiyada Azərbaycana səyahət etmək istəyənlərin sayı artıb

​Rusiyada Azərbaycana səyahət etmək istəyənlərin sayı artıb Rusiya Turoperatorları Assosiasiyası əhali arasında sorğu aparıb
Turizm
3 May , 2016 06:21
​Rusiyada Azərbaycana səyahət etmək istəyənlərin sayı artıb

Bakı. 3 May. REPORT.AZ/ Rusiya əhalisi arasında yay istirahətini Azərbaycanda keçirmək istəyənlərin sayı əhəmiyyətli dərəcədə artıb.

"Report" xəbər verir ki, bu, Rusiya Turoperatorları Assosiasiyasının apardığı sorğunun nəticəsində məlum olub.

Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz ölkələri turistləri, əsasən vizasız gediş-gəlişə görə cəlb edir. Respondentlər bu ölkələrdə müəyyən mənfi halların da olduğunu qeyd ediblər. Belə ki, çarter reyslərinin olmaması və aviabiletlərin kifayət qədər baha olması onları narahat edən amillərdəndir.

Son xəbərlər

Orphus sistemi