"Qatar Airways" hər həftə qiymətlərə endirim edəcək

"Qatar Airways" hər həftə qiymətlərə endirim edəcək Sənişinlər cümə axşamı günü dünyanın 140-dan çox istiqamətinə endirimli qiymətlərlə səyahət edə bilərlər
Turizm
5 May , 2015 13:22
Qatar Airways hər həftə qiymətlərə endirim edəcək

Bakı. 5 may. REPORT.AZ/ “Qatar Airways” aviaşirkəti hər həftənin cümə axşamı günü sərnişinlərə yeni güzəştlər təklif edəcək. Aviaşirkətdən “Report”a verilən məlumata görə, sənişinlər cümə axşamı günün sonuna qədər həmin təkliflərdən faydalanaraq dünyanın 140-dan çox istiqamətinə endirimli qiymətlərlə səyahət edə bilərlər.

Qeyd edək ki, yerlər məhduddur. 

“Report” bu həftəyə olan endirimli aviareysləri təqdim edir:

Çıxış məntəqəsi       İstiqamət Ekonom sinif      Uçuş tarixləri
Bakı Sharja 253 AZN 08 May-03 İyul     
Bakı Dubay (DWC)      270 AZN 08 May-03 İyul
Bakı Dubay (DXB) 299 AZN 08 May-03 İyul
Bakı Sinqapur 925 AZN 08 May-03 İyul
Bakı Tokio (NRT) 1110 AZN 08 May-03 İyul
Çıxış məntəqəsi       İstiqamət              Biznes sinif        Uçuş tarixləri        
Bakı Çenqdu 1578 AZN 08 May-03 İyul
Bakı Çuntzin 1981 AZN 08 May-03 İyul
Bakı Banqkok 2209 AZN 08 May-03 İyul
Bakı Tokio (HND) 2760 AZN 08 May-03 İyul
Bakı Osaka 2855 AZN 08 May-03 İyul

Təklif yalnız seçilmiş istiqamətlər üçün etibarlıdır. Qeyd olunan nöqtələrdən seçilmiş istiqamətlərə yalnız "Qatar Airways" uçuşlarına tətbiq edilir. Güzəştli qiymətlər "O" ekonom sinif üçün və "I" biznes sinfi üçün nəzərdə tutulub. Biznes sinfi mövcud olmadığı halda, "A" sinfi üçündür.

Göstərilən qiymətlərə bütün güzəştlər, vergilər və xərclər daxildir. Xidmət haqları "Qatar Airways"in satış ofisləri və səyahət agentliyi vasitəsi ilə alınan biletlər üçün şamil oluna bilər. Güzəştlər rezervasiya zamanı ödənilən və ancaq gediş-dönüşlü biletlərə şamil olunur.

Məntəqədə qalma müddəti ən azı 3 gün, ən çox 4 aydır, bütün səyahətlər uçuş müddətin son gününə kimi başa çatmalıdır. Biletlər uçuşa ən azı 3 gün qalmış, biznes sinifli biletlər isə uçuş tarixinə ən geci 5 gün qalmış alınmalıdır.

Biletlər başqa bir xidmətlə əvəz edilə bilməz və başqa adama həvalə edilə bilməz.

Braziliya, İran və Koreya çıxışlı uçuşlar istisna olmaqla, uçuşdan əvvəl və uçuşdan sonra biletlər ləğv oluna bilməz, bu məntəqələrdən çıxışlı biletlər uçuşdan əvvəl və sonra cərimə ödəməklə ləğv oluna bilər. Seçilən istiqamətdən və səyahət sinfindən asılı olaraq biletin tarixi cərimə ilə dəyişilə bilər.

Braziliya, İran və Koreya çıxışlı biletlər uçuş tarixindən sonra müəyyən cərimə ödəməklə dəyişdirilə və ya ləğv oluna bilər. Tranzit məntəqəsində vaxtından artıq qalmaq olmaz. Uşaq və körpələr üçün standard güzəştlər tətbiq olunur.

Son xəbərlər

Orphus sistemi