"New York Times" 2015-ci ildə turistlərə Azərbaycan paytaxtına səfər etməyi məsləhət görür

"New York Times" 2015-ci ildə turistlərə Azərbaycan paytaxtına səfər etməyi məsləhət görür Bakı bu il ərzində turistlərin səfər etməsi üçün məsləhət görülən 52 şəhər və yerlərin siyahısına daxil olub
Turizm
10 Yanvar , 2015 11:32
New York Times 2015-ci ildə turistlərə Azərbaycan paytaxtına səfər etməyi məsləhət görür

Bakı. 10 yanvar. REPORT.AZ/ ABŞ-ın nüfuzlu "New York Times" qəzeti 2015-ci ildə turistlərin səfər etməsi üçün məsləhət görülən 52 şəhər və yerlərin siyahısını açıqlayıb. "Report" "New York Times" qəzetinə istinadən xəbər verir ki, siyahıda həmçinin Azərbaycanın paytaxtı Bakı şəhəri də yer alıb.

Nəşr qeyd edir ki, qədim mədəniyyətin və Dubay üslubunda qeyri-adiliyin birləşməsi Bakının turistlər üçün səfər xəritəsinə daxil edilməsinə imkan verir: "Azərbaycan paytaxtında ikinci neft bumu Xəzər sahilində yerləşən şəhərin ciddi zənginləşməsinə, bununla da yeni görünüş almasına imkan yaradıb. Son illər neftdən əldə olunmuş vəsaitlər hakimiyyət tərəfindən YUNESKO-nun mühafizə etdiyi şəhərin tarixi mərkəzini əhatə edən iri memarlıq layihələrinə çevrilir".

Müasir memarlıq sənətinin nümunələri kimi nəşr Alov Qüllələrini (Flame Towers), məşhur qadın memar Zaha Hadidin layihəsi üzrə inşa edilən Heydər Əliyev Mərkəzi, həmçinin yeni "Hilton", "Four Season", "Kempinski", "Trump Tower" lüks-otellərini misal gətirib.

Bundan başqa, nəşr qeyd edir ki, bu ilin iyun ayında Bakı I Avropa Oyunlarını qəbul edəcək.

"New York Times" qəzeti Bakıdan əlavə oxuculara Milan, Seul, Filadelfiya kimi şəhərləri, Kuba adası, Yellouston Milli Parkına və s. səfər etməyi də məsləhət görür. 

Son xəbərlər

Orphus sistemi