​Nazirlik: Azərbaycandakı hotellər üzrə qiymət artımı müşahidə olunmur

​Nazirlik: Azərbaycandakı hotellər üzrə qiymət artımı müşahidə olunmur Aydın İsmiyev: "Bahalaşma ancaq "Getmə turizmi" sahəsində ola bilər"
Turizm
1 Aprel , 2015 13:19
​Nazirlik: Azərbaycandakı hotellər üzrə qiymət artımı müşahidə olunmur

Bakı. 1 aprel.REPORT.AZ/Azərbaycanda milli valyutanın devalvasiyası nəticəsində ölkədəki hotellərin göstərdiyi xidmətlər üzrə qiymət artımı müşahidə olunmur. Bahalaşma ancaq "Getmə turizmi" (Outgoing) sahəsində ola bilər.

"Report" xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycana gələn turistlərə sərfəli ola bilər: "Çünki bizdə qiymət artımı yoxdur. Lakin bu özəl sektor olduğundan, hansısa tamtəminatlı hoteldə qiymət artımı ola bilər".

Son xəbərlər

Orphus sistemi