Nazir müavini: "Azərbaycanda vergi güzəştlərinin tətbiqinin vaxtı çatıb"

Nazir müavini: "Azərbaycanda vergi güzəştlərinin tətbiqinin vaxtı çatıb" Mədəniyyət və Turzim Nazirliyi vergi güzəştlərinin tətbiqi, xərclərin qismən dövlət tərəfindən ödənilməsi ilə bağlı təkliflər hazırlayıb
Turizm
9 Sentyabr , 2015 17:07
Nazir müavini: Azərbaycanda vergi güzəştlərinin tətbiqinin vaxtı çatıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi son iqtisadi müşavirədə turizmlə bağlı verilən tapşırıqları nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi bir sıra təkliflər hazırlayıb. “Report” bildirir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib. 

O qeyd edib ki, nazirlik tərəfindən viza sisteminin sadələşdirilməsi, yeni 2 və 3 ulduzlu hotellərin inşası, aviabiletlərin qiymətlərinə təsir etmək kimi məsələlərlə bağlı konkret təkliflər hazırlanıb.

Nazir müavini deyib ki, elektron viza verə biləcək turizm şirkətləri müəyyənləşib, bu proses xarici təcrübə nəzərə alınaraq daha dərindən təhlil olunub və təkliflər paketi Xarici İşlər Nazirliyinə təqdim edilib.

N.Səmədov bildirib ki, turizm sahəsində bahaçılıq anlayışı iki əsas səbəbdən yaranır. Bu, aviabiletlərin və mehmanxanaların qiymətləri ilə bağlı olur. "Azərbaycan Hava Yolları"nın müəyyən dərəcədə güzəştlərə getməsi turizm paketlərinin qiymətinə də təsir edib: “Nazirlik mehmanxanalarla bağlı artıq müəyyən işlər görüb, məsələn, dünya praktikasında vergi güzəştləri geniş tətbiq olunur. Turizmi inkişaf etmiş Avropa ölkələrini götürsək, əksəriyyəti bu cür vergi güzəştləri tətbiq edir. Artıq Azərbaycanda da bu üsulları tətbiq etməyin vaxtı çatıb".

“Hotellərlə bağlı qiymətləri isə bazar tənzimləyir və sahibkarlar bu işi dərindən təhlil edib, nəticə çıxarmalıdır", - deyən nazir müavini artıq nazirlik tərəfindən vergi güzəştlərinin tətbiqi, sahibkarların bəzi xərclərinin dövlət tərəfindən ödənilməsi və s. ilə bağlı təkliflərin hazırlandığını əlavə edib.

Son xəbərlər

Orphus sistemi