Bakı. 23 avqust. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasına bu ilin yanvar-iyul aylarında gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artıb.
"Report" xəbər verir ki, bu il muxtar respublikaya 216 min 284 turist gəlib ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 8910 nəfər çoxdur.
Xatırladaq ki, ötən il muxtar respublikaya gələn turistlərin sayı 389 823 nəfər, turist kimi gedənlərin sayı isə 117 654 nəfərə çatıb. 2010-cu ildə isə gələn turistlərin sayı 287634 nəfər olub.